Unikal.org Bərdədə 16 yaşlı yeniyetmə göldə boğulub. 
APA-ya istinadən məlumatına görə, Bərdə şəhər sakini 2000- ci il təvəllüdlü Məmmədli İlkin Elxan oğlu rayonun Darğalar kəndində, Kür gölündə çimərkən boğulub. Gəncin cəsədi sudan çıxarılaraq ailəsinə təhvil verilib. Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.