Qoç - maliyyə və əmlak məsələlərinin həlli üçün əlverişlidir. Yaşam potensialı yüksəkdir. İşlər çox olsa belə, ifrat yorğunluq hiss etməyəcəksiniz. Axşam saatlarında xoş xəbərlər alacaqsınız. Yeni tanışlıqlar istisna deyil. Amma münasibətlərin uzunmüddətli olacağını düşünməyin.
Buğa - mühüm, genişmiqyaslı işləri təxirə salın. Çətin, qarışıq gündür. Yaranan problemlərin öhdəsindən istədiyiniz təki sürətlə gələ bilməyəcəksiniz. Önəmli görüşlərlə bağlı vədlər varsa, ora hazırlıqsız yollanmayın. İmprovizə qabiliyyətinizə bel bağlamayın.
Əkizlər - sərvaxt və huşyar olmasanız, ciddi problemin öhdəsindən gələ bilməyəcəksiniz. Tək, müstəqil işləyərək daxili harmoniyaya nail olun, əsəblərinizi sakitləşdirin. Yaxşı tanımadığınız insanlarla ünsiyyət sizi adi günlərdən fərqli olaraq çox yoracaq. Axşam saatlarında mənfi emosiyaların öhdəsindən gəlin.
Xərçəng - yaxşı bacardığınız işlə məşğul olun. Axına qarşı üzün, iradə və qətiyyətinizi göstərin. Məqsədinizdən əl çəkməyin. Səylərinizlə qüvvənizi düzgün paylaşdırsanız, əla nəticələrə nail ola bilərsiniz. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə diqqətli olun.
Şir - alış-veriş uğurlu olacaq. Aktiv həyat tərzi keçirən insanlarla qeyri-formal şəraitdə görüşmək olar. Çox orijinal, ekstravaqant əşyaşar almayın. Zahiri görünüşə aldanmayın. Axşam saatlarında normal istirahət edin.
Qız - bütün işlərdə intuisiyanıza güvənə bilərsiniz. Təhtəlşüur bu gün sizi aldatmayacaq. Yalnız sizə aid olmayan məsələləri təkbaşına həll etməkdən qorxmayın. Səhvlərə yol verməyin, problemin həllində optimal yolu seçin. Karyera məsələləri ilə bağlı narahatlığınız varsa, qarşınızda cazibədar perspektivlər yaranır.
Tərəzi - günün ilk yarısında problemlərin həllinə yaradıcı yanaşın. Ən adi hadisələrdən birinin mahiyyətini araşdıranda onun qeyri-adi olay olduğunu anlayacaqsınız. Aktiv olun, qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın.
Əqrəb - emosiyalara uymayın, düşünülməmiş addımlar atmayın. Bir qədər mühafizəkar olun. Eksperimentlər edəndə və ya riskli işə başlayanda təmkinli davranın. Qohumlarla görüş xoş təəssüratlar bəxş edəcək. Ailəvi tədbirlərin təşkilatına yaradıcı yanaşın. Günün ikinci yarısında maliyyə duyumu sizi aldatmasın.
Oxatan - alış-veriş etmək olar. Ailə məsələləri və şəxsi münasibətlərdəki problemi həll etmək üçün axşam saatları münasibdir. Hisslərinizi araşdırın. Yaxın gələcəklə bağlı planlarınzı və məqsədlərinizi dəqiqləşdirin.
Oğlaq - bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Fərdiyyətçi olun, təkbaşına işləməyə çalışın. İmiclə eksperimentlər üçün əlverişli gündür. Yaşamınızda köklü dəyişikliklər ola bilər. Yeniliklərdə fayda var.
Dolça - günün ilk yarısı uğurlu olacaq. Şanslarınızdan maksimal dərəcədə yararlanmağa çalışın. İşdəki problemləri uğurla həll etməyə can atın. Bilik, bacarıq və informasiyalarınızı nümayiş etdirin. Nüfuzlu insanın diqqətini cəlb etmək, çox maraqlı işgüzar təklif almaq şansı var.
Balıqlar - romantik münasibətlər baxımından əlverişli zamandır. Yaxınlarınızla ünsiyyətdən həzz alacaqsınız. Sevdiyiniz insanı sevindirməyi unutmayın. Axşam saatlarında maraqlı tanışlığa nail olmaq üçün səy göstərin.