İyulun 30-da Azərbycanda baş vermiş yol qəzalarında 7 nəfər ölüb.
Unikal.org lent.az-a istinadən bildirir ki, şənbə günü ölkə yollarında ümumilikdə 12 yol qəzası baş verib və nəticədə ölən şəxslərdən başqa 14 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bərdədə toydan çıxan şəxslərin olduğu avtomobilin kanala aşması nəticəsində 3 nəfər ölüb. Yevlaxda "Tavria"nın "KamAZ"a çırpılması nəticsində isə iki Qarabağ əlili vəfat edib.
Bundan başqa Bakıda sərnişin avtobusunun piyadanı vurması nəticəsində bir nəfər ölüb. Gədəbəydə isə minik avtomobilinin yük maşınına çırpılması bir nəfərin ölümü, 4 nəfərin isə yaralanmasına səbəb olub.
Hər bir faktla bağlı müvafiq araşdırmalar aparılır.