Rusiyanın "Birinci kanalı" Azərbaycanın igid oğlu Mehdi Hüseynzadədən danışıb.
Unikal.org oxu.az-a istinadən bildirir ki, reportaj RF prezidenti Vladimir Putinin Sloveniyaya səfəri çərçivəsində hazırlanıb.
"Bu tarixi nə yenidən yazmaq, nə də silmək olar. Birinci dünya müharibəsində Sloveniya ərazisində 40 min, İkinci dünya müharibəsində isə təkcə Maribor şəhərindəki əsir düşərgəsində Qızıl Ordunun 5 min hərbçisi olub. Buradan qaçanlar isə partizan dəstələrinə qoşulurdular. Onlardan biri Mixaylo ləqəbli əfsanəvi partizan Mehdi Hüseynzadə Yuqoslaviya Xalq Azadlıq ordusunun sıralarında döyüşürdü. Unudulmaz qəhrəmanın şərəfinə Sloveniyada abidə də ucaldılıb", - süjetdə deyilir.