Türkiyə Futbol Federasiyasının (TFF) bütün komissiyaları, Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruculuğu (FETÖ/PDY) ilə bağlı aparılan təhlükəsizlik araşdırmaları səbəbindən istefa verib.
Bu barədə "Anadolu" agentiliyi məlumat yayıb.
TFF-nin açıqlamasına görə, aparılmaqda olan təhlükəsizlik araşdırmasının daha səmərəli etmək üçün federasiya nəzdindəki bütün komissiyaların (Mülki Heyət, PFDK, UÇMAQ, Etika, Klub Lisenziya, MHK, Nümayəndələr Kabineti, Səhiyyə Assambleyası, Dopinqlə Mübarizə Kabineti, Əlillərin Koordinasiya Şurası və Xarici Əlaqələr İcra Qurulu) sədr və üzvləri istefalarını təqdim ediblər.