Türkiyədə iyulun 15-dəə hərbi çevriliş cəhdinin qarşısının alınmasına və ölkədəki demokratiyaya dəstək məqsədilə Almaniyanın Köln şəhərində mitinq keçirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan birbaşa translyasiya vasitəsilə mitinq iştirakçılarına müraciət etmək istəyib.
Unikal.org Milli.Az-a istinadən bildirir ki, fəqət Almaniyanın hakimiyyət dairələri translyasiyanı yasaqlayıblar.
Bu barədə Türkiyə prezidentinin mətbuat müşaviri İbrahim Kalın məlumat verib.
"Maraqlıdır, görəsən Almaniya Konstitusiya Məhkəməsi və yerli məhkəmələrin translyasiyanı yasaqlamalarının səbəbi nədir?! Ümid edirik ki, alman məmurlar yetərli sayıla biləcək izahat verə biləcəklər", - İ.Kalın deyib.