ABŞ prezidentliyinə namizəd Hillari Klinton dolayı formada Rusiya kəşfiyyatını ABŞ Demokratlar Partiyasının kompüterlərinin serverlərinə daxil olaraq məlumatları yaymaqda günahlandırıb.
Unikal.org-un "Fox News telekanalına istinadən verdiyi məlumata görə, H. Klinton Demokrat Partiyasının Milli Komitəsinin kompüterlərinin serverlərinin kəşfiyyat xidməti tərəfindən "sındırıldığını, kəşfiyyat xidməti tərəfindən həmin serverlərdəki elektron məktublarla bağlı çoxlu sayda məqalələrin dərc edildiyini, respublikaçıların namizədi Donald Trampın nə üçün Rusiya prezidenti Vladimir Putini dəstəkləməyə çalışdığını bildiklərini söyləyib.
H. Klinton ABŞ-da prezident seçkilərinə təsir göstərilməyə çalışıldığını vurğulayıb. Rusiyanın D. Trampın prezident seçilməsinə çalışıb-çalışmadığına gəlincə, H. Klinton belə bir nəticə çıxarmağa tələsməyəcəyini qeyd edib.
Xatırladaq ki, "WikiLeaks saytı Demokrat Partiyanın elektron yazışmalarını yayıb. Həmin yazışmalar Demokrat Partiyanın Milli Komitəsinin rəhbərliyinin, aparatının demokrat namizədlər arasında keçirilən ilkin seçkilərdə məhz H. Klintonun lehinə çalışdığını ortaya qoyur. H. Klintonun Seçki Qərargahı isə kompüterlərin serverlərinin sındırılmasında Rusiya kəşfiyyatını günahlandırır və Rusiyanın D. Trampa kömək etməyə çalışdığını bəyan edir. Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov isə bu ittihamı absurd adlandırıb.