Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup təslim olmağı qərara alıb.


Unikal.org-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu qrupun rəhbərlərindən biri Varujan Avetisyan bəyan edib.


"Biz təslim olmaq qərarı verdik və bu proses saat 20:00-dan başlayacaq. Buna baxmayaraq, biz Ermənistanda xalq hərəkatına təkan verdik , deyə V.Avetisyan bildirib.

Qeyd edək ki, silahlı qrup Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını iyulun 17-dən zəbt edib.