Çinin cənubunda 5,4 bal gücündə zəlzələ baş verib. Bu barədə Honkonq Meteoroloji Rəsədxanası məlumat verib.
Yeraltı təkanların episentri Quançjou şəhərindən təxminən 200 kilometr şimal-qərbdə olub. Zəlzələ ocağının dərinliyi laylarında barədə məlumat verilmir.
Məlumatda qeyd edilir ki, iki qəsəbədə bir neçə evə xəsarət dəyib. Həlak olan yoxdur. Təhlükəsizlik üçün bir neçə qatarın hərəkəti dayandırılıb.