Avstriyanın paytaxtı Vyanada hava limanına gedənlər "Türkiyə
tətili Ərdoğanı dəstəkləməkdən başqa bir şey deyil" yazısı ilə
qarşılaşır.
Unikal.org Türkiyə
mediasına istinadən xəbər verir ki, Avropa ölkələrində demokratiyanı
müdafiə edərək çevriliş əleyhinə çıxan türklərə qarşı təzyiqlər artır.
Avstriyada
türklərin evlərinə və balkonlarına Türkiyə bayrağı asması qadağan
edilib. Bunun ardından isə nöbəti təxribata əl atılıb. Belə ki, Vyana
Hava Limanında "Türkiyə tətili Ərdoğanı dəstəkləməkdən başqa bir şey
deyil yazısı yerləşdirirlib. Turizm mövsümündə Vyana hava limanında
Türkiyəni pisləyən belə bir yazının yerləşdirilməsi Türkiyə mətbuatında
qınaq obyektinə çevrilib.