Yaponiyada sutka ərzində anomal istilər nəticəsində 5 nəfər ölüb, 430 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
Unikal.org-un Kyodo News-a istinadən verdiyi xəbərə görə, ölüm halları Akita və Fukuoka prefekturalarında qeydə alınıb.
Məlumata əsasən, dünyasını dəyişənlər fermerlər olub. Günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərdən 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir.
İsti hava şəraiti Yaponiyada iyunun sonundan hökm sürür. Ölkənin əksər ərazilərində havanın temperaturu müsbət 35 dərəcədən yüksək olaraq qalır.
Ötən il Yaponiyada anomal istilər 100 nəfərin həyatına son qoymuş, ümumilikdə 53 min nəfər xəstəxanalara yerləşdirilmişdi.