Bakı metrosunda iyulun 31-də Qara Qarayev stansiyasında qatarın birinci vaqonun şüşəsinin sınaraq sərnişinin başına düşməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Unikal.org bldirir ki, bununla bağlı Milli.Az-ın sorğusunu cavablandıran "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bu xəbərin yalan olduğunu və hadisənin tamam başqa cür baş verdiyini deyib:
"Bu məlumat həqiqəti əks etdirmir. Hadisə belə olub. "Xalqlar Dostluğu" stansiyasında bir nəfər vaqonun nəfəsliyini açmaq istəyib. Bu zaman onu elə möhkəm dartıb ki, nəfəsliyin şüşəsini qırıb. Sərnişin özü maşinistə yaxınlaşıb və etiraf edib ki, nəfəsliyin şüşəsini özü qırıb. Yəni metroda vaqonun şüşəsi qırılmayıb, nə də kiminsə başına düşməyib".
Şöbə rəisi bir daha məlumatın əsassız və qərəzli olduğunu bildirib.