FETÖ istintaqı çərçivəsində həbs edilən Şırnak jandarma taborunun komandiri, general Əli Osman Gürcan əsgərlərini Ankaraya yeridəcəkmiş.
Unikal.org axar.az-a istinadən bildirir ki, bunu təqaüddə olan Hərbçilər Dərnəyinin sədri Asəf Mərdoğlu deyib.
Keçmiş hərbçinin sözlərinə görə, general iyulun 15-də, saat 21 radələrində əsgərlərinə "döyüşə hazır ol" əmri verib.
"Ancaq işlər yolunda getmədiyi üçün bu plan baş tutmadı. PKK terrorçuları ilə mübarizə məqsədi ilə ölkənin şərqinə göndərilən 397 hərbçinin hadisələrdən xəbərdar olmaması üçün onların telefonları əllərindən alınıb, televiziya yayımı kəsilib. Həbs edilən hərbçilərin heç nədən xəbəri yoxdur".