Episentri İmişli rayonunda baş verən zəlzələ Mingəçevir şəhərində ani hiss olunub.
Unikal.org bildirir ki,bu barədə açıqlamasında Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov bildirib.
İcra başçısının müavini bildirib ki, hadisə nəticəsində şəhərə heç bir ziyan dəyməyib: "Şəhər sakinlərinin çoxu bəlkə də zəlzələni heç hiss etməyib. Sadəcə, ani bir zəif silkələnmə oldu, vəssalam. Hər şey normaldır, əhali arasında təşviş olmayıb".