İsrail Avropanı terrorçuları dəstəkləməkdə ittiham etdi

Unikal.org ölkə.az-a istinadən bildirir ki, İsrailin baş naziri Benyamin Netanyahu Fransanı, eləcə də Avropanın bir sıra dövlətlərini İsraili boykot eləməyə çağıran bəzi QHT-ləri maliyyələşdirməkdə ittiham edib.

O, əlində olan təkzibedilməz faktları Fransaya və digər Avropa dövlətlərinə göndərəcəyini söyləyib.

"Terror hər yerdə terrordur. Təhrikçilik və ara qarışdırmaq cəhdləri də ən az terror qədər təhlükəlidir. Buna görə də hökumətlərin belə fəaliyyətlərə qarşı reaksiyası vahid və mümkün olduğu qədər sərt olmalıdır", - deyə İsrailin baş naziri bildirib.