Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən unikal.org-a verilən məlumata görə, paytaxt və yarımadada səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-24, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcəisti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 31-36dərəcəisti, dağlarda gecə 11-16, gündüz 18-23dərəcəisti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 25-26dərəcəisti olacağı gözlənilir.