Azərbaycanda bir gündə 4 nəfər bədbəxt hadisə nəticəsində dünyasın dəyişib.

Unikal.org DİN saytına istinadən xəbər verir ki, iyulun 30-da Suraxanı rayonunun Əmircan qəsəbəsində azyaşlı Nuray Əfəndiyeva mənzillərinin pəncərəsindən (5-ci mərtəbə) yıxılmış və hadisə yerində ölüb. 

İyulun 30-da Sabunçu rayonu ərazisindəki mağazalardan birində təmir işləri aparan Bakı şəhər sakini Aleksey Kuznetsov pilləkəndən yıxılmışdır. Xəstəxanaya yerləşdirilmiş A.Kuznetsov orada dünyasın dəyişib. 

İyulun 30-da Novxanı bağlar sahəsində yaşayan Bakı şəhər sakini Fərid Fərəcəliyev evində elektrik cərəyanı vurması nəticəsində ölüb. 

İyulun 30-da Bərdə şəhər sakini İlkin Məmmədli Darğalar kəndindəki göldə çimərkən boğulub. Meyit sudan çıxarılıb.

Hər bir hadisə ilə bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır.