Rusiyanın Suriyada vurulmuş "Mi-8" helikopterinin göyərtəsində olan 5 nəfərin hamısı həlak olub.
Unikal.org repor-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Helikopter humanitar missiya həyata keçirirdi. Müdafiə Nazirliyindən aldığımız xəbərə görə, göyərtədə olanların hamısı həlak olub", - deyə D.Peskov bildirib.
O, İŞİD-in təhdidlərinə baxmayaraq, Rusiyanın terrorizmə qarşı mübarizəni davam etdirəcəyini də əlavə edib.
Xatırladaq ki, Suriyanın İdlib əyalətində Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus "Mi-8" helikopteri vurulub. Helikopterin göyərtəsində 5 nəfər olub. 3 ekipaj üzvü və Suriyada Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin 2 zabitinin taleyi aydınlaşdırılır.