Nigeriyada "Shell" şirkətinin neft kəmərində partlayış baş verib.

Unikal.org report-a istinadən bildirir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, partlayış Niger çayının deltasında baş verib. Partlayışı üsyançılar törədib.

Qeyd edək ki, bu ilin fevral ayından Nigeriyada separatçı qruplaşma ölkənin cənubundakı infrastruktur obyektlərində baş verən partlayışlara görə məsuliyyəti üzərinə götürüb. Yerli şirkətlərlə yanaşı, "Shell", "Chevron", "Exxon" və "Eni" kimi böyük şirkətlər də qruplaşmanın hədəfinə çevrilib.