"Çeçenistan İŞİD-i məhv etməyə qadirdir". Unikal.org-un məlumatına görə, bunu özünün "İnstaqram" səhifəsində Çeçenistan rəhbərinin səlahiyyətlərini icra edən Ramzan Kadırov yazıb.
"Biz İblis dövlətini tamamilə məhv edə bilərik. Əgər kiminsə ağlına
Rusiyaya tərəf hərəkət etmək gəlsə, biz onu sərhədimizdən uzaqlarda
dayandıracağıq. Bir daha deyirəm ki, biz hətta yuxuda belə Rusiya
rəhbərliyi və xalqının ünvanına təhdidlər səsləndirmək fikrində olan
şəxslərin yanına gələcəyik", - deyə o vurğulayıb.
Qeyd edək ki, İŞİD-in "YouTube"da yerləşdirdiyi 9 dəqiqəlik videoda
Putinə xəbərdarlıq edilir və müsəlmanlar bu ölkəyə qarşı cihada
çağırılır.