Türkiyədə müxalifət lideri Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu prezident Rəcəb Tayyib Ərdoğana qarşı bütün məhkəmə iddialarını geri götürüb.
Unikal.org-un məlumatına görə, bu barədə Habertürk telekanalı məlumat verib.
Bundan əvvəl isə prezident R.T.Ərdoğan ölkənin müxalif siyasi partiyalarının liderlərinə qarşı məhkəmə iddialarını geri götürmüşdü. Bu qərarı o, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu ilə görüşdən sonra vermişdi.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.