Türkiyənin Baş naziri Binəli Yıldırım avqustun 1-də ölkənin
əsas siyasi partiyalarının - Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri
Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri
Dövlət Bağçalı ilə görüşlər keçirib.
Unikal.org-un məlumatına görə, Anadolu Agentliyi xəbər verir ki, görüşlərdə dövlət çevrilişinə cəhddən sonra ölkədəki vəziyyət, fövqəladə vəziyyətin elan olunmasından sonra qəbul edilən fərman və sərəncamlar, Konstitusiyaya ilkin dəyişiklik, iyulun 15-dən sonra ölkədə siyasi mühitin normallaşması prosesi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.