Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarından birində Fətullah Gülənin terror təşkilatına qarşı mübarizənin digər ölkələrdə də başlaması zərurətinə toxunub.
Unikal.org xəbər verir ki, bu çıxışdan sonra Türkiyə KİV-ləri FETÖ-nün daha hansı ölkələrdə nüfuz sahibi olmasından yazır. Və bu kontekstdə Azərbaycanın da adı tez-tez çəkilir.
"Star qəzetinin yazdığına görə, mövzuya yaxından bələd olan yazar Latif Ərdoğan FETÖ-nün 80-ə qədər ölkədə nüfuz sahibi olduğunu deyir. Lakin onun fikrincə 15 iyul hərbi çevriliş cəhdi hər şeyi dəyişdirib. Ərdoğana görə Türkiyəni ələ keçirmək istəyən FETÖ-nün məktəblər açdığı başqa ölkələrdə də eyni yolla hakimiyyətləri ələ keçirməyə cəhd etməsi istisna deyil.
"Örgütün 35 il əvvəl təşkilatlanmağa başladığı ölkələr olan Azərbaycan, Qırğızıstan, Türkmənistan kimi türkdilli respublikalarda çevrilişə cəhd etmək potesialı var. Son 40-20 il arasında 80-ə qədər ölkədə təşkilatlanıblar. Afrika respublikalarında daha təsirli ola bilərlər. Lakin bu çevriliş cəhdləri Gülənin kefi istəyəndə yox, Mərkəzi Kəşfiyyat İdarəsi istəyəndə baş verəcək-Ərdoğan deyib.