Sakinlər qoyunların ölməsinə səbəb kimi xəstəlik əleyhinə vurulan peyvəndi göstərirlər. Rayon Baytarlıq İdarəsi isə bu ittihamları rədd edir.
Unikal.org Region TV-yə istinadən bildirir ki, Qaxın Fısdıqlı kəndində son günlər ərzində 50-ə yaxın xırdabuynuzlu heyvan kütləvi şəkildə tələf olub. Bu hal kənddəki 3 təsərrüfata daha çox ziyan vurub. Təsərrüfatçılar heyvanlar arasındakı tələfatın aparılan pevdənləmə işləri ilə bağlı olduğunu bilririrlər. Onların fikrinə görə, Baytarlıq İdarəsi tərəfindən dabaq xəstəliyinə qarşı vaksinlər vurulduqdan sonra qoyunlar naməlum xəstəliyə tutulmağa başlayıb: "Guya ki, peyvəndlər, nəm o şey, bu şey, hər şey elədilər. Əmələ gəlmədi. Analizin cavabını Bakıya aparıblar. 4 gündü. Heç bir cavab yoxdu. Gündə heyvan qırılır. Bu gün baş həkimin yanında olmuşam. Cavab yoxdu. Cavab gələnə qədər heyvan qırılıb qurtarır. Kim verəcək mənim heyvanımı yerinə. 25 dənə uje gedib. 4 nəfərin heyvanı var. 3-ümüzünkü uje qırılır".
Qax Rayon Baytarlıq idarəsində də bu məsələdən xəbədardırlar. Qurum hazırda məsələni araşdırır. Ölmüş heyvan cəmdəklərindən nümunələr götürülərək, analiz üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Heyvanlardan götürülmüş nümunələrin analizi yaxın gündənlərdə heyvan tələbatının əsl səbəblərini ortaya çıxaracaq. Nəticələr barədə isə ictimiayyətə əlavə məlumat veriləcək.