Azərbaycan Prezidenti İlham Əliyev avqustun 2-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Unikal.org-un məlumatına görə, görüşdə iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.