"Bastille" şirkətinin təhlükəsizlik məsələləri üzrə ekspertlərinin araşdırmasına görə, simsiz klaviaturalar, həmçinin tanınmış istehsalçıların modelləri haker hücumlarına qarşı dayanıqsızdırlar.
Bundan başqa, hakerlər məsafədən qurbanın klaviaturasına müdaxilə edə bilər. Bu, zərərli proqram təminatını quraşdırmağa və başqa əməliyyatları yerinə yetirməyə imkan verir.
Ekspertlər haker hücumlarına qarşı dayanıqsızlığı sübut edilmiş qurğuların tam siyahısını xüsusi yaradılmış saytda göstəriblər.
Onların iddiasına əsasən, bu problemin proqram nöqteyi cəhətdən həlli mövcud deyil. Ona görə haker hücumuna dayanıqsız modellərdən istifadə etmək lazım deyil.