Xəbər verdiyimiz kimi, dünən dənizdə batan 16 yaşlı qızın cəsədi ailəsinə təhvil verilib.
Unikal.org-un FHN-ə istinadən yaydığı məlumatda qeyd olunurdu ki, hadisə Binəqədi rayonu ərazisində dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralıda nəzarətsiz ərazidə) baş verib.
2000-ci il təvəllüdlü, Əliyeva Səmayə Vasif qızının cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
APA-nın bu gün yaydığı məlumata görə, Səmayə Əliyeva ilə yanaşı bacısı, 2002-ci il təvəllüdlü Aytac da dənizdə çimərkən boğularaq ölüb. Aytacın meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.
Qeyd edək ki, iki bacı Bakıya istirahətə gəlibmiş.