Azərbaycanın bir sıra KİV-də və sosial şəbəkələrdə ölkənin internet təminatında və milli serverlərdə dünən qısamüddətli fasilələrlə kəsintilər yaranması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. 

Unikal.org bildirir ki,  "Delta Telecom Ltd. MMM-in məsələ ilə bağlı "Report"a verilən açıqlamasında deyilir.

Şirkət qeyd edib ki, göstərilən müddətdə və hazırda "Delta Telecom" müştərilərini sabit və davamlı internet xidməti ilə təmin etməkdədir.
"Təxirəsalınmaz profilaktik tədbirlərin həyata keçirilməsi zamanı rezervlənməmiş xətlərdən istifadə edən müştərilərdə yaranan kiçik problemlər olub ki, bunun məsuliyyətini müəssisəmiz daşımır və bu problemlər artıq axşam saatlarında aradan qaldırılıb. Əgər hər hansı bir müştəri götürdüyü xidməti və ya istifadə etdiyi avadanlığı rezervləmirsə, müxtəlif səbəblərdən, eləcə də profilaktik tədbirlərin keçirilməsi zamanı xidmətin qısamüddətli dayanması labüddür. "Delta Telecom olaraq bildiririk ki, xidmətdə yaranan fasilə ilə bağlı gün ərzində hər hansı bir mətbuat vasitəsi, rəsmi və ya özəl qurumdan sorğu daxil olmayıb", - deyə şirkətin məlumatında bildirilib.
Qeyd edək ki, bəzi KİV ölkəyə daxil olan beynəlxalq internet trafikində problemlərin olduğunu və bununla əlaqədar ölkədəki internet təminatında çətinliklərin yarandığını yazıb.