Fərqli işləriylə "Ginnesin Rekordlar Kitabına düşən bərbər Ercan Buyruq bu dəfə saça prezident Rəcəb Tayyib Ərdoğanın fotoşəkilinə uyğun saç kəsdi.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Buyruq bunu etməsini belə əsaslandırıb: "15 iyul hərbiçilərin dövlət çevrilişi zamanı xalq acı günlər yaşadı. Ərdoğanın dik duruşu ilə də xalqına, ölkəsinə hər zaman olduğu kimi bu gündə sahib çıxdı. Hörmətli prezidentimizin sevgisini ürəyimizdə hiss edirdim. Biz bərbər olaraq bu sevgini saçlara əks etdirmək istədim və bunu da etdim".