Kürdəmirdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Region TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Babək prospektində qeydə alınıb.

Kürdəmir rayon sakini Elşən Telman oğlu Əsgərov idarə etdiyi "VAZ-2109" markalı minik maşını ilə yolu keçən piyadalar - Kürdəmir rayon sakinləri - 1966-cı il təvəllüdlü Aidə Ağasəlim qızı Sadıqova və onun nəvəsi, 2013-cü il təvəllüdlü Əli Ramil oğlu Sadıqovu vurub.

Nəticədə Ə.Sadıqov aldığı xəsarətdən hadisə yerində ölüb, A.Sadıqova isə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.