Qoç- sizə bir qədər dözüm gərəkdir, çünki gün ərzində bəzi xırda-para xoşagəlməzlik yaşayacaqsınız. Sadəcə, gözləmə mövqeyi tutun. Özünüzdən çıxmaq məsləhət deyil: neqativ emosiyalar sizi düşünülməmş hərəkətlərə təhrik edə bilər.

Buğa- yaxşı olar ki, bu günü sizi tanıyan, anlayan, həyata baxışınızı dəstəkləyən insanlara həsr edəsiniz. Ən azından elələrini seçin ki, sizə aydın görünən məsələləri onlara ikinci dəfə izah etmək məcburiyyətində olmayasınız.

Əkizlər- işləriniz başınızdan aşır, enerjiniz isə azdır. Bu o deməkdir ki, axşama doğru güclü yorğunluq hiss edə bilərsiniz. Səhhətinizə vaxt ayırın.

Xərçəng- köhnə bir probleminizin yenidən baş qaldırması ehtimalı var. Bu dəfə problemin heç olmadığı kimi davranmaq karınıza gəlməyəcək. Ümumiyyətlə, siz artıq reallığa dönərək hər şeyi olduğu kimi görməyə hazırsınız. Çətinlikləri aşmaq üçün sərtlik tələb olunacaq, sözləriniz və hərəkətləriniz ətafdakıları qıcıqlandıra bilər.

Şir- istənilən yenilənmə üçün uyğun gündür. Həm imicinizdə, həm evinizdə dəyişikliklərə ehtyiacınız var. Lazım olmayan hər şeydən imtina edin: bu, sizə uğur gətirəcək.

Qız- həftənin ən anlaşılmaz günüdür. Bu gün alacağınız bir xəbər sizi çaşdıracaq. Bir çox Qızlar planlarını tələsik dəyişməli, başqalarının mənafeyi naminə nəyisə qurban verməli olacaqlar. Xərcə düşəcəksiniz, amma xəsislik etməyin, bu xərclər özünü doğruldacaq.

Tərəzi- yeni münasibətlərə başlaya bilərsiniz, amma ehtiyatlı olun. Bu gün insanlara dəyərindən artıq qiymət verirsiniz, hətta buna haqqı çatmayanlara da. Yaxınlarızla və ümumiyyətlə, yaşda sizdən cavanlarla ünsiyyət sizi sevindirəcək: onların nikbinliyi və həyatsevərliyi sizi də qanadlandırır.

Əqrəb- sizin üçün çox dəyərli bir insana görə narahatlıq keçirəcəksiniz: onun hərəkətləri sizə düşünülməmiş və təhlükəli görünür. Öz işləriniz barədə düşünməyə vaxt qalmır, baxmayaraq ki, onlar da özlərinə qarşı ciddi diqqət tələb edir. Əgər kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, ehtiyatlı olun, sövdələşmələr heç nədən korlana bilər.

Oxatan- vaxtınızın çox hissəsini təmiz havada keçirməyə çalışın. Əgər gününüzü istirahətə həsr etmək fikrindəsinizsə, aktiv istirahəti seçin. İdman, rəqs, uşaqlarla oyunlar məsləhətdir. Əgər kitab-dəftərlə işiniz varsa, gözlərinizə diqqət edin.

Oğlaq- bu gün baş verən hadisələr sizi sevindirəcək. Hər işiniz alınacaq. Pullarla bağlı istənilən əməliyyat uğurlu olacaq, işgüzar hissiyyatınız sizi aldatmayacaq. Alış-veriş, sövdələr məsləhətlidir. Bəzi Oğlaqlar öz gəlirlərini artırmaq üçün gözlənilməz imkanlar qazanacaqlar.

Dolça- aza qane olmayın: bu gün, doğrudan da, böyük qələbələr qazana bilərsiniz. Düzgün qərarlar vermək üçün bilik və təcrübəniz yetərincədir. Öz imkanlarınıza şübhə etməyi bir kənara qoyun. İstənilən yaradıcı münasibət tələb edən layihənin həyata keçirilməsi, həmçinin özünüdərk üçün əla gündür.

Balıqlar- sizi anlayan və dəstək olan insanları asanlıqla tapırsınız. Fantaziyasına korluq verməyənlər isə maraqlı layihələr, təkliflər irəli sürə bilərlər. Bu gün başlanan romantik münasibətlər xoş gələcək vəd edir.

milli.az