Qəbələ rayonu, Əmirvan kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 80 ha biçilmiş taxıl sahəsi yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.