Fövqəladə Hallah Nazirliyi yanğınla bağlı məlumatı. 

FHN-dən unikal.org-a daxil olan məlumata görə, Lənkəran şəhərində mərkəzi bazarın ərazisində ümumi sahəsi 250 m2 olan, bir-birinə bitişik tikilmiş çayxananın yanar konstruksiyaları 55 m2 sahədə və telefon satışı mağazasının yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Digər ticarət obyektləri yanğından mühafizə olunub.

***

Lənkəran şəhərində yanğın baş verib.

Unikal.org report-a istinadən məlumatına görə, yanğın şəhərinBöyük Bazar ərazisində, İsi Səmədzadə küçəsində yerləşən kəndlərarası avtobusların dispetçer məntəqəsinin inzibati binasındaqeydə alınıb.

Ümumi sahəsi 250 kvadratmetr olan binanın 71 kvadratmetri tamamilə yanıb, binanın dam örtüyünə ciddi ziyan dəyib.Bununla yanaşı, binaya bitişik bir telefon aksesuarları dükanı və 55 kvadratmetr sahəsi olan çayxana yanıb.

Hadisənin başverməsəbəbləriFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətitərəfindən araşdırılır.İlkin ehtimala görə, hadisəyə səbəb maye qaz balonunda olan sızmadır.

Yanğın səhər 07:25-də başlayıb. Lənkərandan üç, Liman şəhər bölməsindən əlavə olaraq biryanğınsöndürənmaşın yanğının söndürülməsinə cəlb olunub.

Binaya bitişik daha üç dükan yanğından mühafizə olunub.

****
Bu dəqiqələrdə Lənkəran Böyük Bazarında güclü yanğın başlayıb.

Unikal.org qafqazinfo-ya istinadən bildirir ki, yanğına səbəb Böyük Bazarda avtobus danayacağının yanındakı kafedə qaz balonunun partlamasıdır. Hazırda yanğın ətrafdakı dükanları da əhatə edib.

Xəsarət alanların olduğu bildirilsə də, hələ ki, onların səhhəti ilə bağlı dəqiq məlumat verilməyib.
HazırdaFHN-in yanğınsöndürənlər briqadasına məxsus bir neçə maşın hadisə yerindədir.
TƏCİLİ! Qaz balonu partladı, bazar yanır - YENİLƏNİB - VİDEO - FOTO
TƏCİLİ! Qaz balonu partladı, bazar yanır - YENİLƏNİB - VİDEO - FOTO
TƏCİLİ! Qaz balonu partladı, bazar yanır - YENİLƏNİB - VİDEO - FOTO

TƏCİLİ! Qaz balonu partladı, bazar yanır - YENİLƏNİB - VİDEO - FOTO

TƏCİLİ! Qaz balonu partladı, bazar yanır - YENİLƏNİB - VİDEO - FOTO