Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 10 radələrində Ələt-Astara magistralının 199-cu kilometrliyində qeydə alınıb.
"IVECO" markalı yük maşını "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən minik avtomobili yararsız hala düşüb. Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri maşında sıxılmış vəziyyətdə qalan sərnişinin meyitini çıxarıblar.
Avtomobilin sürücüsü isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin Lerik rayon sakinləri olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.