Daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzaladığı müvafiq əmrlə Daşkəsən rayonuna yeni polis rəisi təyin edib.
Unikal.org qafqazinfo-ya istinadən əldə etdiyi məlumata görə, bu posta Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində çalışan polis mayoru Fəxrəddin Abbasov gətirilib.
DİN-in mətbuat xidməti faktı təsdiqləyib.