Bakıda yol qəzası baş verib.

Unikal.org-un Fövqəladə Hallar Nazrliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. "Mercedes" və "Opel markalı minik avtomobillərinin toqquşmasından yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yanğın nəticəsində "Mercedes" markalı minik avtomobilinin yanar hissələri və yol kənarında quraşdırılmış qaz sayğacı yanıb.

Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.