Sağlıqlı və təhlükəsiz bir uşaq otağı hazırlamaq üçün diqqət etməli olduğunuz bəzi qaydalar var. Unikal.org lent.az-a istinadən valideynlərə həmin qaydaları təqdim edir.
- Pəncərəli, işıq alan, havalı bir yer olmalıdır. Oksigen və D vitamini ehtiyacı üçün bunlar vacibdir.
- Gecə lampası olmalıdır, çünki uşaqlar qaranlıqdan qorxa bilərlər.
- Uşağın rahat yata bilməsi üçün səssiz olmalıdır.
- Döşəmələri toz və kirin asanlıqla görüldüyü, parket və ya laminant kimi asanlıqla təmizlənə bilən materialdan olmalıdır.
- Taxta mebellər alınmalıdır. Çünki taxta mebellər hava sirkulyasiyasını təmin edir.
- Uşaq otağı valideynlərinin otağına yaxın olmalıdır ki, səsini asanlıqla eşidə biləsiniz.
- Yatağı otaqdakı bütün digər əşyalardan və pəncərə kənarından uzaqda olmalıdır.
- Arasından çıxmaması üçün yatağın çubuqlarının arası 6 sm-dən geniş olmamalıdır.
- Yatağın dörd yanı uşağın boyundan hündür olmalıdır ki, dırmaşıb çıxa bilməsin.
- İçində geyim və bezlərinin olduğu bir şifoner olmalıdır.
- Elektrik naqilləri əli çatmayacaq qədər gizlədilməlidir.
- Şkafların qapaqlarına qoruyucu taxılmalıdır.
- Otaqda kənarları iti əşyalar olmamalıdır.
- Rahatlıq verdiyi üçün daha çox pastel tonlu rənglərdən istifadə olunmalıdır.
- Gecələr karbondioksit miqdarını artıracağı üçün bitki qoyulmamalıdır.