Şəmkirdə bıçaqlanma olub.
Unikal.org-un məlumat;na görə, rayonun Çinarlı qəsəbəsinin sakini, 1973-cü il təvəllüdlü Toğrul Məmmədov qarın və böyür nahiyələrinin çoxsaylı bıçaq xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Dərhal əməliyyat edilən T. Məmmədovun vəziyyəti ağır qiymətləndirilir. Onun mübahisə zəminində küçədə bıçaqlandığı bildirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.