Azərbaycanda falçı qadın bir ailənin dağılmasına səbəb olub. Unikal.org aznews istinadən xəbər verir ki, hadisə Bakıda yaşayan Məmmədovlar ailəsinin başına gəlib.
Belə ki, evliliklərindən 10 il sonra - 2009-cu ildə Zeynəb və Fikrət Məmmədovlar arasında problemlər yaranıb. Bundan əlavə övladlarının səhhətində yaranan problemlərdən - qızı Aytənin yuxusuzluğundan, oğlu Anarın isə epilepsiya xəstəliyindən narahatlıq keçirən Z. Məmmədova bütün olanları tanışı Səidəyə danışıb (ailə üzvlərinin adları şərtidir - red.) Səidə ona baxıcı Nəzakət Nəsibovanın yanına getməyi məsləhət görüb. Bildirib ki, həmin baxıcını tanıyır və sözügedən qadın ailə problemləri yaşayan şəxslərə çox yaxşı kömək edə bilir.
Nəzakət Nəsibova
BOŞANMA VƏ 650 MİNLİK VİLLANIN SATILMASI
Z. Məmmədova ailə problemlərini həll etmək məqsədilə ilk dəfə 2009-cu ilin yay aylarında Nəzakət Nəsibovanın Yasamal rayonunda yerləşən mənzilinə yollanıb. Baxıcı ona həyat yoldaşı F.Məmmədovun həyatında başqa qadınların olduğunu və bu ailənin heç vaxt xoşbəxt ola bilməyəcəyini deyib.
Nəzakət Nəsibova 2009-cu ilin yay aylarından başlayaraq Məmmədovların ailə münaqişəsini dərinləşdirib və Zeynəb Məmmədovaya qəti olaraq həyat yoldaşı Fikrət Məmmədovdan ayrılmağı töbvsiyə edib.
2 uşaq anası baxıcının sözlərinə inanaraq həyat yoldaşına qarşı boşanma davası açıb və 2010-cu ildə nikahını rəsmi qaydada pozub.
Məmmədovlar ailəsinin dağılması onların bizneslərinin dağılmasına səbəb olub. Bundan əlavə cütlük 650 000 manata tikdirdikləri villanı dəyərindən iki dəfə aşağı qiymətə satmalı olublar.
"QIZINIZ YETKİNLİK YAŞINDA ÖLƏCƏK
Daha sonra baxıcı Nəzakət Nəsibova uşaqlarının səhhətindən narahat olan Z.Məmmədovanın bu halından istifadə edərək qızı Aytənin yetkinlik yaşına çatanda öləcəyini və onu ölümdən xilas etmək üçün 2400 manat pul lazım olduğunu bildirib.
Z.Məmmədova bu qədər pulu olmadığı üçün qızının işini dayandırmasını, oğlu Anarın sağlamlığıyla bağlı yaranmış problemi həll etməsini xahiş edib. N.Nəsibova onun istəklərini yerinə yetirməyə söz verib, bunun müqabilində isə 1400 manat pul istəyib.
Oğlunun sağalması ümidiylə ana qızıl-zinət əşyalarını satıb və 1400 manat məbləği baxıcıya verib. Nəzakət Nəsibova Anara baxandan sonra bildirib ki, uşaq doğuş zamanı travma alıb, ona görə də pis əməllər olduqca ona ağırlıq düşür və ağırlıqlar götürüləndən sonra edilən müalicə effektiv olacaq. Əks halda Anar nə qədər müalicə olunsa da, xeyri olmayacaq.
40 GÜNƏ QARA QÜVVƏLƏRİN YOX EDİLMƏSİ VƏDİ VƏ 22 MİN MANAT MƏNİMSƏMƏ
Danışıqlarından sonra baxıcı qadın müxtəlif ölkələrdən xüsusi maddələr gətizdirib, qara qüvvələri 40 gün müddətində yox edəcəyini deyib.
Nəzakət Nəsibovanın əməlləri bununla yekunlaşmır. O, Məmmədovlar ailəsinin qızı Aytənin vəziyyətinin pisləşməsindən istifadə edərək onu sağaltmaq üçün 4500 manat pul istəyib. Bundan başqa 18 qurban kəsilməli olduğunu və 22 000 manat tələb olunduğunu deyib. O qədər pulu olmadığını deyən 2 uşaq anası aldığı cavabdan sarsılıb: "Özün bilərsən. Amma xəbərin olsun ki, qızının vəziyyəti yaxşı olmayacaq.
Təşvişə düşən ana 1 həftə sonra qızıl-zinət əşyalarını satıb 3300 manat pul düzəldərək Nəzakət Nəsibovanın yanına gedib və ona 2000 (iki min) manat pul verib. Bundan sonra hər həftə qızıl-zinət əşyalarını hissə-hissə sataraq ona 2000 manat pul verib. Beləliklə, 6 həftə ərzində Nəzakətə 12000 manat pul verərək 10 000 manat borclu qalıb.
Xanım Məmmədova baxıcı ilə telefonla əlaqə saxlayıb bir qədər gözləməsini, qalan pulu düzəldə bilsə gələcəyini bildirib. Nəzakət Nəsibova bir neçə dəfə qalan 10 000 manat pulunu tələb etdikdən sonra Z. Məmmədova qalan pulu düzəldə bilmədiyini deyib və işdən imtina edib. O, verdiyi 12000 manat pulu geri qaytarmasını tələb edib. Lakin baxıcı pulu qaytarmaq istəməyib və 2 qadının əlaqəsi kəsilib.
"ƏRİNLƏ BARIŞ, 10 MİNİMİ VER
2013-cü ildə baxıcı yenidən Z. Məmmədova ilə əlaqə saxlayıb və əri ilə barışıb borclu olduğu məbləği ondan alıb verməsini istəyib.
Bundan sonra Z. Məmmədova dələduzluqla qarşılaşdığını anlayıb və şikayət ərizəsi ilə Yasamal rayon Polis İdarəsinə müraciət edib.
Polis idarəsində Nəzakət Nəsibova qızıl zinyət əşyalarının pulunu - 12 000 manatı geri qaytarıb.
Məmmədovlar ailəsi artıq Yasamal Rayon Məhkəməsində mülki iddia qaldırıblar. Məmmədovların hüquqlarını müdafiə edən hüquqşünas Səməd Vəkilov saytımıza bildirib ki, hakim Ayaz Məmmədovun icraatında olan bu iş Azərbaycanda bir ilkdir. Nəzakət Nəsibovaya qarşı şəxsi həyata müdaxilə və küllli miqdarda maddi zərər, həmiçinin mənəvi zərərlə müşayiət olunan 600 000 manat həcmində iddia qaldırılıb.
S.Vəkilov bildirib ki, artıq məhkəmə araşdırması başlayıb. Növbəti iclas avqustun 5-də olacaq.
AzNews.az-ın əldə etdiyi məlumata görə, Nəzakət Nəsibova məmur arvadları arasında məşhurdur. Onun "müştəriləri" əsasən vəzifəli şəxslərin həyat yoldaşları və tanınmış şəxslərdir.
AzNews.az
Digər Xəbərlər
2024-11-29 19:30:53
2024-11-29 18:47:41
2024-11-29 18:25:55
2024-11-29 18:05:00
2024-11-29 18:02:33
2024-11-29 17:21:42
2024-11-29 17:03:00
2024-11-29 16:55:00
2024-11-29 16:53:00
2024-11-29 16:31:28
2024-11-29 16:29:00
2024-11-29 16:25:10
2024-11-29 16:17:00
2024-11-29 16:08:22
2024-11-29 15:50:00
2024-11-29 15:29:41
2024-11-29 14:53:37
2024-11-29 14:47:00
2024-11-29 14:43:00