"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Unikal.org-un məlumatına görə, fərmanda Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb. Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılması üçün üç ay müddət müəyyən edilib.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.