Çay ağacı yağının faydaları saymaqla bitmir.Avstraliyada, Avropada və Amerikada geniş şəkildə istifadə edilən, göbələkləri və virusları məhv edən çay ağacı yağı getdikcə məşhurlşmaqdadır. Bu möcüzəvi yağ haqqında mənfi heç bir məlumata rast gəlinmir. Əksinəı, ona təcili yardım paketi kimi bir yağ demək olar.
Unikal.org anaveusaq.az-a istinadən bildirir ki, Avstraliyada bitən çay ağacı iki metr olan, yastı yarpaqlı bir ağacdır. Avstraliya yerlərinin əsrlərdir istifadə etdiyi bu ağacın yarpaqlarından əldə edilən yağ, bir çox xəstəliyin müalicəsində istifadə edilmişdir. Çay ağacı adlandırılmasının səbəbi istə Kapitan Kuka əsaslanır. Yeni İslandiyanın kəşfiyyatı zamanı ağacın yarpaqlarını çay kimi qaynadan matros, daha sonra bu çayın təmizləyici və terapevtik təsirini kəşf edir və "Melaleuca Alternifolia" adlı bu ağacın adı "çay ağacı" olur
Maoriler dənizçilərin yaralarını, qanayan dişlərini, qarın və bağırsaq xəstəliklərini və agresivliklərini çay ağacından düzəldilən bint və çaylarla müalicə edirdilər. İkinci dünya müharibəsində isə əsgərlərə dezinfeksiyaedici məlhəm olaraq tətbiq etmişlər. Çay ağacı yağı antiseptik xüsusiyyətlərə görə məlum olan ən saf təmizləyicilərdən biridir. Gündəlik həyatınızda istifadə edə zəhmətsiz, təbii iyileşici olan çay ağacı yağının faydaları:
Çay ağacı yağının dəri üçün təsirlri çox faydalıdır.
Sızanaqlı bölgəyə səhər axşam sürdükdə sürətli bir şəkildə o bölgəni təmizləyəcəkdir. Gündəlik dəri baxımında (kosmetika) istifadə edilərsə, dərinizi həm rahatladacaq, həm də təmizləyəcəkdir. İz, ləkə, qara nöqtə kimi problemlərə mütəmadi istifadə edildikdə yox edəcəkdir.
Herpes: Dodaqlarda və ya genital orqan kənarlarında virusa bağlı olaraq çıxan herpes (uçuq) müalicəsində olduqca təsirlidir. Səhər- axşam təmizlənmiş bölgəyə incə bir təbəqə halında sürəcəyiniz çay ağacı yağı antiseptik xüsusiyyəti sayəsində viruslu bölgəni təmizləyəcək və yaxşılaşmasını təmin edəcəkdir.
Çiban: Burada diqqət ediləcək cəhət budur ki, çiban yetişmədən yağın sürülməsidir. İrin çıxacaq region təmizləndikdən sonra sürülməlidir.
Çay ağacı yağının həşərat və milçəklərə qarşı istifadə edilir.
Bir damcı yağ həşəratın saldığı yerə tökülür və bura xəfifcə ovulur. Antiseptik xüsusiyyəti ilə salma səbəbi ilə yaranan bakteriyaları məhv edəcək və bölgənin yaxşılaşmasını təmin edəcəkdir.
Ayaq göbələkləri: Ayaqlar yaxşıca yuyunub qurudulduqdan sonra göbələk görünən yerə çay ağacı yağı sürtülür və bir müddət yerə basmadan gözlənilir. Ayaqlarınızı ayrıldığınız suyun içinə də damlada bilərsiniz, bununla göbələk və ya digər mümkün infeksiyalardan qorumuş olarsınız.
Hamam suyuna: Mentola bənzər qoxusu ilə həm broşkalarınızı açacaq, həm də bədəninizdəki orqanizmlərə qarşı antiseptik bir divar hörəcək.
Çay ağacı yağı başqa nələrə xeyirlidir?
Dolama və dırnaq batması: Dırnaq batması nəticəsində dırnağın kənarında iltihab meydana gəlir. Bu bölgəyə keçiriləcək cərrahı müdaxilə ilə, yəni batan dırnağı, ya tam, ya da qismən çıxarmaqdır. Bu kimi narahatlıqlarda da çay ağacı yağı istifadə edilə bilər. Belə ki, təmizlənmiş ayağı sildikdən sonra dırnağın batdığı yerin üstünə bir damcı bu yağdan tökülür və quruması gözlənilir. Daha sonra iflas etmiş olan hissə plastır və ya dırnaq hərəkətverici ilə dəri qismlə arasına məsafə qoyulur. Çay ağacı yəqin bu bölgəyə düşdükdən sonra iltihab qurumaqda başlayır. Beləliklə, cərrahi müdaxiləyə də ehtiyac qalmaz. İltihab quruyana qədər təkrar edilməsi tövsiyə edilir.
Ağız adlar: dişəti problemləri, taxma dişlərin təmizliyi, qarqara üçün ecazkar bir antiseptik.
Ziyil müalicəsində: Əldə, ya da ayaqda çıxan ziyil üzərinə sürtülərək ziyillər qurumasına səbəb olur.
Dezodorant kimi istifadə edilir.
Mentollu qoxusu ilə rahatlayıb xoş bir qoxu verərkən bakteriyalara qarşı əks-təsir göstərir.