Eyni cür qidalanmaq, qeyri-kafi karbohidrat qəbul etmək, həddindən artıq yağlı yemək, spirt və çox kofein qəbulu depressiyanı artırır, uzun müddət ac qalmaq və nizamsız bəslənmə qan şəkərini aşağı salır, əsəbilik və dözümsüzlük kimi vəziyyət yaradır. Bunun qarşısını almaq üçün rahatlığı təmin edən maye içkilərə üstünlük verilə bilər. Xüsusilə bitki çaylarından alma çayı və melisanın sakitləşdirici xüsusiyyətləri vardır.
Həkimlər sağlam qidalanmanın stressi azaltdığını və stressin immunitet sistemini zəiflətdiyini deyir. Çox dəmli çay və həddindən artıq qəhvə və ya kola qəbulu, çox turşu və kofein qəbuluna səbəb olur. Bu da öz növbəsində qanazlığı və dəmir çatışmazlığına yol aça bilər. Stress dövrünüzdə immun sistemin zəifləməsi nəticəsində infeksiya və xəstəliklərə yaxalanma sıxlığı artır.
Unikal.org saqlamheyat.az-a istinadən bildirir ki, İstanbullu pəhriz mütəxəssisi kimi tanınan Aydın Selçuk bildirib ki, məhdudlaşdıran və maneə törədən hadisələr qarşısında reaksiyaların yaratdığı stressdən azad olmaq və əsəbləşməmək üçün gündə ən az bir pay zülallı və bol C vitaminli qidalara yer vermək olar.
Düzgün qidalanmadan başqa dərin nəfəs texnikaları, boyun və bədən hərəkətləri, erkən saatda orta templi yürüş də ən yaxşı müalicə üsullarından biri hesab olunur.