Dünən Bakı şəhərində 20 Yanvar dairəsində 99-CL-999 nömrə nişanlı "Galendewagen" markalı avtomobilin aşması barədə Unikal.org xəbər vermişdi.
Məsələ ilə bağlı Criminal.az saytının yaydığı məlumatda həmin avtomobilin olimpiya çempionu Toğrul Əsgərova məxsus olması qeyd edilib. Həmin nömrə idmançının ''Porcshe'' markalı avtomobilində olub.
Azxeber.com saytının bu barədə xəbərində idmançının bir neçə ay əvvəl həmin avtomobili dövlət nömrə nişanı ilə birlikdə yüksək rütbəli polis zabitinə satması vurğulanır. Həmin polis zabitinin kimliyini isə öyrənmək mümkün olmayıb.
Məlumat üçün bildirək ki, qəzaya uğrayan avtomobilin sükanı arxasında xanım sürücü olub. O, 20 Yanvar dairəsi yaxınlığında "Galendewagen"in idarəetməsini itirərərk aşırıb.