Vidadi Zeynalovun həbs müddəti uzadlıdı
10:59 26-01-2016
İQTİSADİYYAT
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, hazırda həbsdə olan Vidadi Zeynalovun həbs müddəti uzadlılıb.
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə V.Zeynalovun vəkili Muğan Əliyev məlumat verib. Vəkil bildirib ki, V.Zeynalov barəsində seçilmiş 3 aylıq həbs qətimkan tədbirinin müddəti yanvarın 26-da başa çatmalı idi. Məhkəmənin qərarı ilə V.Zeynalov barəsində seçilmiş həbs müddəti fevralın 21-nə qədər uzadılıb.
V. Zeynalovla mütəmadi görüşdüyünü deyən vəkil qeyd edib ki, müvəkkilinin həbs müddətinin uzadılmasından apelyasiya şikayəti vermək fikri yoxdur: "Vidadi Zeynalovun saxlanma şəraiti və səhhətindən də heç bir şikayəti yoxdur. Vəziyyəti normaldır".
Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Digər Xəbərlər
2025-01-11 12:12:12
2025-01-10 15:56:25
2025-01-10 11:32:21
2025-01-10 09:44:53
2025-01-10 09:43:56
2025-01-10 09:23:11
2025-01-10 09:17:22
2025-01-09 21:02:23
2025-01-09 15:47:14
2025-01-09 15:20:23
2025-01-09 11:39:00
2025-01-09 10:22:22
2025-01-09 09:49:20
2025-01-09 09:37:00
2025-01-09 09:34:00
2025-01-09 09:13:09
2025-01-08 17:03:00
2025-01-08 16:36:00
2025-01-08 11:37:00
2025-01-08 11:17:09