Fransanın Ruan şəhərində barda yanğın baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, insident nəticəsində 13 nəfər yanaraq ölüb, 6 nəfər xəsarət alıb.

Hadisənin "Le Cuba Librе barında, yerli vaxtla gecəyarısı qeydə alındığı bildirilir. İlkin versiyaya görə, yanğın naməlum səbəbdən baş verən partlayışdan sonra başlayıb. İnsidentin səbəbləri müəyyənləşdirilir.