Xaçmaz Gömrük İdarəsinin "Samur gömrük postunun piyada xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Unikal.org Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, yoxlama nəticəsində həmin vətəndaşın başındakı parçadan hazırlanmış saç sancağının içindən 44 ədəd üzük, 9 ədəd boyunbağı, 13 ədəd sırğa cütü, 5 ədəd sırğa tayı, 3 ədəd kulon və 2 ədəd əzik məmulat olmaqla, ümumi çəkisi 294,7 qram olan qızıl məmulatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.