Yevlax rayonunda kanala düşən maşının qadın sürücüsü ölüb.
Unikal.org FHN-in saytına istinadən xəbərinə görə, rayonnun Salahlı kəndində "Chevrolet markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala düşüb.
Dərhal Nazirliyin Aran Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişin - 1966-cı il təvəllüdlü Quliyeva Sevda Yunis qızının cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib.
Əməliyyat saat 04:20-də başa çatıb.