İran, Rusiya və Azərbaycan arasında movcud olan yüksək səviyyəli əlaqələri nəzərə alaraq üç ölkə prezidentlərinin Bakıda keçiriləcək görüşünün çox müsbət nəticə verəcəyinə inanıram.
Unikal.org Trend-ə istinadən məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Fars agentliyinə müsahibəsində deyib.
Səfir bildirib ki, son 3 ildə prezidentlər 6 dəfə görüşüblər: "Prezidentlərin siyasi iradəsinin nəticəsində bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, elm sahələrində münasibətlər xeyli inkişaf edib".
M.Pakayin deyib ki, bu gün İran və Azərbaycan anlayır ki, regionda təhlükəsizliyə olan təhdidlərlə birgə mübarizə aparmalı və mövcud regional problemləri birgə həll etməlidirlər.
Səfir əlavə edib ki, Tehran və Bakı dəmir yolu, nəqliyyat, informasiya texnologiyaları, terrorizmlə mübarizə, turizm, enerji sahələrində əməkdaşlığın inkişafında maraqlıdır.