Nijni Tagilda polislər xüsusi əməliyyat keçirərək Azərbaycan mafiyasının nümayəndələrinin sxodkasına mane olublar.

Unikal.org oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Mejdu strok Xəbər Agentliyi məlumat yayıb. Oktyabrskaya Revolutsiya küçəsində Azərbaycan diasporunun 80-nə yaxın nümayəndəsi toplaşıb.

Nəşrin məluamtına görə, sxodkanın iştirakçılarının çoxu cinayət işlərini firuqrantlarıdır.

"Bu əməliyyat vilayət polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə bölüyünün əməkdaşlarının iştirakı ilə MCM şöbəsinin rəis müavini Sergey Maksimovun rəhbərliyi ilə keçirilib, - mətbuat xidmətinin rəhbəri Valeri Qorelıx bildirib, - Mərkəzi univermağın yanında sabiq ittifaqın respublikalarından birindən olan etnik qrup toplaşmışdı.

Onun iştirakçılarının çoxu cinayət işlərinin firuqrantlarıdır. Nijni Taqilin yerli sakinlərinin, o cümlədən də sahibkarlarının bir çoxu onlardan zərər çəkib. Əməliyyat nəticəsində səkkiz nəfər şöbəyə gətirilib. Onlardan altısı üçün həbs cəzası, qalan ikisi isə heç yerə getməmək barədə iltizam imzalamaq tələb olunacaq, - nəşr yazıb.