Ağstafada güclü küləyin qırdığı ağac 9 yaşlı uşağın başına düşüb.
Unikal.org apa-ya istinad'n məlumata görə, hadisə rayonun Eynallı kəndində baş verib.
Kənd sakini, 2007-ci il təvəllüdlü Əsmər Şəmşir qızı Nəsibova ötən gün axşam saatlarında atası ilə yol gedərkən güclü külək əsməyə başlayıb. Külək nəticəsində yolun kənarındakı ağacın böyük budağı sınaraq Əsmərin başına düşüb. Xəsarət alan qız Ağstafa rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Azyaşlıya boyun fəqərələri və kəllə sümüyü sınığı diaqnozu qoyulub.
Ə.Nəsibova müalicə almaq üçün Bakıda olan xəstəxanaların birinə aparılacaq.